Əsas Səhifə > Əsas xəbərlər > “Türkiyə Xankəndidə konsulluq açsın!” – Sabiq deputatdan
“Türkiyə Xankəndidə konsulluq açsın!” – Sabiq deputatdan16-08-2019, 21:03 |
Naxçıvan və Gəncədə olduğu kimi, Xankəndidə də Türkiyə Cümhuriyyətinin konsulluğu açılsın. “AzPolitika.info”-nun məlumatına görə, belə qeyri-adi təkliflə sabiq YAP-çı deputat Alqış Həsənoğlu çıxış edib. Aydındır ki, hazırda bunu praktiki baxımdan reallaşdırmaq mümkün deyil. Amma bu, heç bir hüquqa zidd deyil. Belə bir qərarın (simvolık olsa da) qəbulu və elanı böyük siyasi fayda gətirər. Bu addım problemin həllinə yeni təkan verər, Ermənistana ciddi xəbərdarlıq olardı…” A.Həsənoğlu hesab edir ki, təkcə Türkiyə deyil, eyni mövqedən bir neçə müsəlman dövlətinın çıxış etməsi daha böyük siyasi və diplomatik effekt doğura bilər. Geri qayıt |