Əsas Səhifə > Əsas xəbərlər > Mehriban Əliyeva məktəbliləri Bilik günü münasibəti ilə
Mehriban Əliyeva məktəbliləri Bilik günü münasibəti ilə15-09-2019, 12:17 |
“Report” xəbər verir ki, təbrik mətni Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində paylaşılıb. “Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər. Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm. Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram. Əziz dostlar, Bilik Gününüz mübarək!”, – deyə təbrikdə bildirilir. Geri qayıt |