Əsas Səhifə > Əsas xəbərlər > Məmurlar bir-birlərini ŞANTAJA son qoymurlar - Ekspert:
Məmurlar bir-birlərini ŞANTAJA son qoymurlar - Ekspert:28-10-2019, 18:03 |
Baş nazirin sabiq müavini Əli Həsənovun adı yenidən medianın gündəminə gəlib. Bu dəfə başqa formada. "Bizimyol.info"nun ötən həftə yazdığına görə, oktyabrın 24-də Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində 25 yaşlı İlkin Əliyevin idarə etdiyi 90 UU 111 dövlət-nömrə nişanlı “Toyota Camry” yol ayrıcındakı dəmirlərə çırpılaraq aşıb. Nəticədə maşında olan 16 yaşlı Kamran Qasımov dünyasını dəyişib. Saytın yazdığına görə, qəza törədən şəxs Əli Həsənovun ögey nəvəsidir. Sayt iddia edir ki, İlkin Əliyev Əli Həsənovun oğlu Emin Həsənovun xanımının birinci nikahından olan oğludur. Məlumata görə, İlkin Əliyev hadisə günü Gəncəyə - öz oğlunun ad gününə gedirmiş. Hadisə vaxtı avtomobildə olan və qəzada həyatını itirən 16 yaşlı Kamran İlkinin xalası oğludur. Əli Həsənov isə ittihamlara bu cür cavab verib: “Azərbaycanda hansı media qurumunun arxasında kimin dayanması ilə bağlı suallar yoxdur. Demək olar ki, kim hansı informasiya qurumuna təsir edir, bu hər kəsə aydındır. Medianın bu cür asılılığı onun müstəqilliyinə kölgə salır. Eyni zamanda, medianın rəqabət qabiyyətini də azaldır və informasiyanın oxuculara obyektiv çatdırılmasında problem yaranır. Azərbaycanda mediaya inam o qədər yüksək səviyyədə deyil. Sosial media isə ənənəvi medianı üstələyib. Mətbuat bunu nəzərə alaraq, tamam yeni yanaşmalar tətbiq etməlidir. Halbuki, bu yoxdur. Digər tərəfdən, ayrı-ayrı məmurların himayəsində olan media orqanlarına həmin şəxslərin təsirləri var. Məsələn, hazırda hər hansı məmurla bağlı informasiya mediada işıqlandırılırsa, həmin məmur tez bir zamanda o informasiyanı mediadan yığışdıra bilir. Yaxud məmurlar bəzən bir-birlərinə qarşı şantaj vasitəsi kimi mediadan istifadə edirlər”. Ə. Nuriyev deyir ki, işıqlandırılan hadisələrin, mediada gedən proseslərin ölkə başçısının diqqət mərkəzində olduğunu hər kəs bilir. Ona görə, bu və ya digər qərəzli məlumatları da media vasitəsilə hakim dairələrə ötürməyə cəhd edirlər: “Bu gün hər bir məmurun ətrafında müəyyən “media müdafiə səngəri” düzəldilib. Bunu inkar etmək qeyri-mümkündür. Məmurlar media orqanları ilə elə təmas qururlar ki, mətbuatda onlar haqqında tənqidi fikir söylənilməsin. Bu, ya baş redakorlar, ya da ayrı-ayrı müxbirlər vasitəsilə əldə edilir. Üstəlik ölkədən deyil, xarici qüvvələrdən təsir görən, yaxud müxalifətin tam təsirində olan, onların fikirlərindən başqa heç nəyi işıqlandırmayan media orqanları da fəaliyyətdədir. Çox əcaib bir vəziyyətlə qarşı-qarşıyayıq. Bütün bunlara rəğmən, obyektivliyini qorumağa çalışan, tərəfsiz qalmaq istəyən media orqanları çox azdır. Hesab edirəm ki, iqtidarın media ilə bağlı yanaşmalarını müasir dövrün tələblərinə uyğun dəyişməsi zəruridir. Bu istiqamətdə addımlar atılacağı görünür. Media fəaliyyəti ilə məşğul olan, peşəkar media mütəxəssiləri özləri də yeni yanaşmalar ortaya qoymalıdırlar. Azərbaycan cəmiyyətində uzun müddət tərəfsizliyi təmin etmək bir müddət üçün çox çətin olacaq. Bu məsələlər üzərində islahatlar getməlidir". Geri qayıt |