Əsas Səhifə > Əsas xəbərlər > Administrasiyanın yeni rəhbəri
Administrasiyanın yeni rəhbəri1-11-2019, 14:58 |
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Samir Nuriyevi Prezident Administrasiyasına rəhbər təyin edib. “AzerTaym.az" qafqazinfo”-ya istinadən yeni Administrasiya rəhbərinin tərcümeyi-halını oxuculara təqdim edir: Samir Nuriyev 1975-ci ildə Bakıda anadan olub. O, 1996-cı ildə Azərbaycan Texniki Universitetinin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib. 2006-cı ildə o, Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib. Prezidentin müvafiq Sərəncamlarına əsasən Samir Nuriyev 2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin olunub. O, 2016-cı ildə Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə gətirilib. İki il sonra isə MİDA-nın İdarə Heyətinin sədri təyin edilib. Prezidentin 21 aprel 2018-ci il-ci il Sərəncamı ilə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri vəzifəsinə təyinat alıb. Evlidir, iki uşaq atasıdır. Geri qayıt |