
Xəbər verdiyimiz kimi, bu gün Nazirlər Kabinetinin Aparat rəhbəri vəzifəsinə təyinat olub. Baş Nazir Əli Əsədovun sərəncamı ilə Rüfət Tofiq oğlu Məmmədov Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib. "AzerTaym.az" yeniavaz.com-a istinadən xəbər verir ki, R.Məmmədov 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq Hüquq ixtisası üzrə bakalavr təhsili, 2002-2003-ci illərdə Almaniyanın Drezden Texniki Universitetinin Avropa İnteqrasiya Hüququ üzrə magistr təhsili alıb. Əmək fəaliyyətinə 2002-ci ildə başlayıb, yerli və xarici şirkətlərdə hüquq sferasında çalışıb. 2004-2007-ci illərdə "Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi”nin həyata keçirilməsinə dəstək layihəsində hüquq məsləhətçisi, 2007-ci ildən Avropa İttifaqının Azərbaycan Respublikasına Beynəlxalq Texniki Yardımı üzrə Koordinasiya Bürosunun icraçı direktoru vəzifəsində işləyib. R.Məmmədov 2010-2011-ci illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) vitse-prezident, 2011-2012-ci illərdə özəl sektorda konsultant olaraq çalışıb. 2012-ci ildən AZPROMO-nun prezidenti olub. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 may tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin olunub. Ailəlidir, 2 övladı var.
Geri qayıt
|