Əsas Səhifə > Əsas xəbərlər > “EuroHome” rəhbəri hadisə yerinə gəlməyib - sahibkarlar
“EuroHome” rəhbəri hadisə yerinə gəlməyib - sahibkarlar12-05-2020, 00:24 |
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın başlayıb. Yanğın təxminən 3000 kvadratmetr ərazini əhatə edib. Sahibkarlar obyektlərindən mallarını çıxarmağa çalışırlar. Onlar Unikal.org-un hadisə yerində olan əməkdaşına bildiriblər ki, artıq bir neçə saatdır ki, yanğın başlamasına baxmayaraq “EuroHome”un rəhbəri Azay Möhnətov hadisə yerinə gəlməyib. Zərərçəkənlər bazar rəhbərliyinin əraziyə gəlməsini tələb edirlər. Geri qayıt |