Əsas Səhifə > Əsas xəbərlər > Nəcməddin Sadıkov vəzifədən AZAD EDİLİB?
Nəcməddin Sadıkov vəzifədən AZAD EDİLİB?21-07-2020, 17:50 |
Müdafiə Nazirliyi son zamanlar sosial şəbəkələrdə Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun guya vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması barədə yayılan xəbərlərlə bağlı rəsmi açıqlama yayıb. "AzerTaym.az" bildirir ki, nazirliyin yaydığı açıqlamada deyilir: “Bu xəbərlər yalandır, iftiradır və düşmən qüvvələrin təxribat məqsədilə yaydığı dezinformasiyadır. Təəssüflər olsun ki, son vaxtlar bu mövzuda xəbərlərin tez-tez sosial şəbəkələrdə yayılması və müzakirə edilməsi bunun qərəzli, düşmənçilik və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədilə həyata keçirildiyini açıq-aydın göstərir. Geri qayıt |