Əsas Səhifə > Əsas xəbərlər > Daha bir İcra hakimiyyətində əməliyyat keçirilir

Daha bir İcra hakimiyyətində əməliyyat keçirilir


19-08-2020, 13:54

İcra hakimiyyətində əməliyyat keçirilir - 5 vəzifəli şəxs saxlanıldı + YENİLƏNİB

 Baş Prokurorluq Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi faktını təsdiqləyib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya verilən məlumata gõrə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

***

Hüquq-mühafizə orqanlarının əməkdaşları Kürdəmir rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.

 "AzerTaym.az" bildirir ki, hazırda əməliyyat davam edir.

RİH-in azı 5 vəzifəli əməkdaşı saxlanılıb.

Qeyd edək ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Fərrux oğlu Cəfərovdur. O, 2014-cü ildən bu vəzifədə çalışır./ Report


Geri qayıt