Əsas Səhifə > Əsas xəbərlər > Prezidentin yüksək vəzifəyə təyin etdiyi Mətin Eynullayev
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Mətin Eynullayev19-08-2020, 17:36 |
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev İnvestisiya Holdinqinin İdarə Heyətinə sədr təyin edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən bu vəzifəyə Mətin Balasən oğlu Eynullayev təyin edilib. "AzerTaym.az" Mətin Eynullayevin tərcümeyi-halını təqdim edir: Mətin Eynullayev 1975-ci ildə Bakı şəhərində anadan olub. O, 1997-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə fərqlənmə ilə bitirib. Əmək fəaliyyəti dövründə uzun müddət dövlət qulluğunda müxtəlif yüksək vəzifələrdə çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsinə təyin edilib. İlham Əliyevin 2018-ci il 17 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası vergilər nazirinin müavini vəzifəsinə təyin edilib. 2020-ci ilin may ayında isə M. Eynullayev Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib və Xidmətin rəisi səlahiyyətlərini icra edib. Geri qayıt |