
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov “Azərbaycan Hava Yolları”(AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanı məhkəməyə verib.
"AzerTaym.az" xəbər verir ki, növbəti məhkəmə iclası 01.02.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Zaur Pirverdiyevin sədrliyi ilə keçiriləcək. Məlumat üçün bildirək ki, İlqar İsmayılov 2017-ci ildə “Premium bank” rəhbərliyinin onun adına 5 milyon manatlıq saxta kredit müqaviləsi hazırladığını iddia edir. Qeyd edək ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb. 2008-ci ildə adı dəyişdirilərək “Silk Vey Bank” olub. 2018-ci ildə bankın adı yenidən dəyişdirilib və “Premium Bank” adlandırılıb. Bankın əsas səhmdarı AZAL prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır. Bankın nizamnamə kapitalı 104,601 milyon manatdır. Bankın səhmlərinin 84,48%-i Zərifə Həmzəyevaya aiddir. Zərifə Həmzəyevaya eyni zamanda nizamnamə kapitalı 18 milyon 750 min manat olan “Gazelli Group” MMC-nin qanuni təmsilçisidir. Bundan başqa Nabranda yerləşən və 11 hektar ərazini əhatə edən “River İNN Boutique Spa Hotel” də Zərifə Həmzəyevaya məxsusdur.
Geri qayıt
|