Əsas Səhifə > Əsas xəbərlər > Sabiq nazirə yeni VƏZİFƏ verildi
Sabiq nazirə yeni VƏZİFƏ verildi31-03-2021, 21:40 |
"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin (STP) 3 törəmə şirkətinə yeni direktor təyin edilib. "AzerTaym.az" HİT.az-a istinadən xəbər verir ki, indiyə qədər "STP Alüminium" və "STP-AH" MMC-lərə rəhbərlik edən, Parkın keçmiş direktoru Rauf Atakişiyev bu vəzifələrindən də kənarlaşdırılıb, şirkətlərə rəhbərlik müvafiq olaraq Fərhad Əliyevə və Kunuralp Yurterə həvalə olunub. Bundan başqa, “STP Global Cable” MMC-nin direktoru dəyişib. Bu vəzifədə İdris Mustafayevi Abdurrahman Gungor əvəz edib. STP-nin 4-cü törəmə şirkəti - "STP Metal Structures" MMC-nin direktoru Fərid Ağayev isə vəzifəsində saxlanılıb. Qeyd: "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin (STP) 3 törəmə şirkətinə yeni təyin olunan direktor Fərhad Əliyev sabiq iqtisadi inkişaf naziridir. Geri qayıt |