Əsas Səhifə > Əsas xəbərlər > “Rusiya var gücü ilə Azərbaycanın içində gərginlik yaratmaq istəyir”

“Rusiya var gücü ilə Azərbaycanın içində gərginlik yaratmaq istəyir”


4-06-2021, 09:43

Aslan İsmayılov Rusiya xüsusi xidmət orqanlarına bağlıdır'' – İttiham – Yenicag.Az

Azərbaycan hakimiyyəti Rusiyanın diqtəsi ilə oturub durur deyənlər 10 gündən artıqdır ki, Azərbaycan-Rusiya sərhəddində qalmış yüzlərlə ağır tonnajlı yük maşınlarının qalmasını bilməmiş olmazlar. Tək bu onu göstərir ki, Azərbaycan-Rusiya arasında çox ciddi gərginliklər var və Rusiya var gücü ilə Azərbaycanın içində gərginlik yaratmaq, hakimiyyəti istədiklərini icra etdirmək istəyir”.

“AzerTaym.az" bildirir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib. O, qeyd edib ki, bilib elan etmədikləri və bilmədikləri çox şeylər var. Özü də bu münasibət tək Rusiya yox, bir çox güc mərkəzləri tərəfindən edilir. 

“Türkiyədə gedən prosesləri, xüsusilə bir qanuni oğrunun çıxışlarını və onun ətrafında baş verənləri diqqətlə izləyənlər nələrin baş verdiyini görürlər.

Ona görə də bir daha hamıdan gedən prosesləri diqqətlə izləməyi və bir az səbrli olmağı xahiş edirəm. 

Öz üzərimdə baş verənlərdən bunun nə qədər çətin olduğunu çox yaxşı bilirəm. Haqqımda olan 3 qanunsuz məhkəmə hökmünün bu gün də qüvvədə olması, vəkilliyimlə bağlı Avropa İnsan Haqları Məhkəməsinin 17 mart 2020-ci il qərarının hələ də icra olunmaması, haqqımda hazırlanan yeni cinayət işləri də məni hövsələdən çıxartmaq məqsədi daşıyır. Azərbaycan adlı Vətən, onun torpaqları Azərbaycanı talan edənlərin, bu gün də ara qarışdırmaqla talanlarını davam etmək istəyənlərin yox, bizimdir”.

 


Geri qayıt