Əsas Səhifə > Əsas xəbərlər > Eldar Mahmudovun
Eldar Mahmudovun21-10-2015, 09:13 |
Vəzifəsindən azad olunan Milli təhlükəsizlik naziri Eldar Mahmudovun indiyə qədər medianın diqqətindən kənar qalan biznesi, vəzifədə olan yaxın qohumları ilə bağlı məsələlər ciddi müzakirə olunmaqdadır. Dünən axşam saatlarında “Qafqazinfo”ya eks nazirin vəzifədə olan yaxın qohumu ilə bağlı maraqlı məlumat daxil olub. Məlumata görə, Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra öz qohumu Beytulla Hüseynovu Bakı Telefon Rabitəsi İstehsalat Birliyində rəhbər vəzifəyə gətizdirib. *** Günün sonuna yaxın isə “Qafqazinfo”ya daxil olan məlumata görə , artıq Beytulla Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovun işdən azad olunaraq, saxlanıldığı barədə məlumatlar yayılıb. Məlumatı dəqiqləşdirmək üçün İstehsalat Birliyinə edilən zəngə cavab olaraq qəbul şöbəsindən Trend-ə B.Hüseynovun bu gün işə gəlmədiyi, onun saxlanılması ilə bağlı isə hər hansı informasiyaların olmadığı bildirilib.
Geri qayıt |