Əsas Səhifə > Əsas xəbərlər > Azərbaycan Ermənistanla sülh şərtlərini açıqladı

Azərbaycan Ermənistanla sülh şərtlərini açıqladı


15-07-2021, 16:05

Azərbaycan Ermənistanla sülh şərtlərini açıqladı – “Sonra gec ola bilər”

“Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır”

“AzerTaym.az" bildirir ki, bu barədə çərşənbə günü prezident İlham Əliyev bildirib. "Yəni, bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu, çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib", deyə Əliyev Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələrinə və müharibə əlillərinə mənzil və avtomobillərin təqdim edilməsi mərasimində bildirib.

Bu, Ermənistanın növbəti böyük səhvi ola bilər, Əliyev belə hesab edir. "Çünki bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır. Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Onu da bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər", deyə Əliyev sözünə davam edib

Onun fikrincə, Ermənistan sülh müqaviləsi imzalamaqdan yayınmağın nəticələri barədə düşünməlidir.

"Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər.  Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir", deyə Əliyev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan "bütün quruculuq işləri ilə bağlı planları sistemli şəkildə həyata keçirir və artıq quruculuq işlərinə start verilib". "Biz, dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. İnsanlar ora qayıdacaq, öz dədə-baba torpağında rahat yaşayacaqlar", deyə Əliyev vurğulayıb.


Geri qayıt