Əsas Səhifə > Əsas xəbərlər > Telefon danışıqlarını
Telefon danışıqlarını22-10-2015, 09:23 |
|
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad edilməsinə səbəblərdən biri kimi onun yüksək çinli məmurların telefon danışıqlarını dinləməsi söylənilir. Bəs telefon danışıqlarını MTN-dən başqa kimlər dinləyə bilər?
“Bu proses “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunla tənzimlənir. Qanunda səlahiyyət bölgüsü var. Qanuna görə, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş fiziki və hüquqi şəxslər tərəfindən işlənilməsi, istehsalı, satışı, alınması, ölkəyə gətirilməsi və ölkədən çıxarılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada lisenziyalaşdırılmalıdır. Artıq qanunvericilik imkan verir ki, qanuna uyğun olaraq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi istənilən vaxt dinləmələr aparıb, informasiya əldə edə bilsinlər. Dünyada da bu proses mövcuddur. Əvvəllər bu primitiv qaydada həyata keçirilirdi. İndi qanunvericilik tələb edir ki, sistem öncədən elə qurulmalıdır ki, müvafiq qurumlar istədikləri zaman müdaxilə edib, axtarış, dinləmə həyata keçirə bilsinlər. Bu o deməkdir ki, mobil operator öz sistemini qurub, lisenziya aldığı zaman artıq onlardan bu məqam tələb olunur ki, elə sistem qurmalıdırlar, dinləmə üçün şərait olsun. Bunu artıq yuxarıda qeyd etdiyim qanunun maddələri tələb edir”. Bəs “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun maddələrində nə yazılıb? Qanunun 10-cu maddəsinin dördüncü bəndində deyilir:
Geri qayıt |