Əsas Səhifə > Əsas xəbərlər > ŞUŞADA HANSI HƏRBİ SİSTEMLƏRİMİZ YERLƏŞDİRİLİB?

ŞUŞADA HANSI HƏRBİ SİSTEMLƏRİMİZ YERLƏŞDİRİLİB?


7-09-2021, 13:31

Şuşa şəhərinin təhlükəsizlik məsələləri gözlədiyimizdən və ehtimal etdiyimizdən daha üstün bir səviyyəyə yüksəldilib. Şuşa ətrafında yerləşən mövqelərimizə həm müxtəlif qoşun növlərinə aid və kifayət qədər ciddi cayda canlı qüvvə, həm də müasir silah sistemləri cəlb olunub.

Bu sözləri 5-6 sentyabrda növbəti dəfə Şuşaya səfər edən hərbi ekspert Ədalət Verdiyev qeyd edib.

O bildirib ki, son bir ayda vaxtaşırı olaraq ermənilərin “Xankəndidə mobil rabitə susurulub” hay-küyü əsassız deyilmiş: “Ümumilikdə Şuşanın müdafiəsinə cəlb edilən hava hücumundan müdafiə, artilleriya, kəşfiyyat vasitələrinin sıxlığına Azərbaycanın heç bir yerində rast gəlməmişəm. Bunların arasında həm hava məkanına nəzarət vasitələri, həm PUA-ların ələ keçirilməsi üçün qurğular, həm də radioelektron mübarizə sistemləri mövcuddur. Mobil rabitə operatorlarının mülki təyinatlı qüllələri xaric, bütün hərbi təyinatlı texniki avadanlıqların hamısı mobil versiyada fəaliyyət göstərir. Onların yerdəyişməsi ən qısa müddətə həyata keçirilə bilir”.


Geri qayıt