Əsas Səhifə > Əsas xəbərlər > Yaqut Qarayevadan vaksinlə bağlı AÇIQLAMA

Yaqut Qarayevadan vaksinlə bağlı AÇIQLAMA


9-09-2021, 13:59

"Hər bir insanın vaksindən əvvəl və ya sonra koronavirus testi pozitiv çıxa bilər”.

Bunu APA-ya açıqlamasında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva bildirib.

O qeyd edib ki, lakin vaksinin vurulması ilə əlaqədar insanın PCR testinin pozitivləşməsi mümkün deyil:

"Vaksinin vurulması nəticəsində qanda anticisimlər əmələ gəlir. PCR testlərlə isə sadəcə yaxmada virusun birbaşa genetik materialı təyin edilir. Anticisimlər genom testinə pozitivlik verə bilməz”.


Geri qayıt