Əsas Səhifə > Əsas xəbərlər > “Mədəniyyətsizin, tərbiyəsizin biridir, qanmadığı işlərə

“Mədəniyyətsizin, tərbiyəsizin biridir, qanmadığı işlərə


12-09-2021, 11:28

“Mədəniyyətsizin, tərbiyəsizin biridir, qanmadığı işlərə burnunu soxur...“

Rusiya politoloqlarının əksəriyyətini nəinki Qarabağla, ümumiyyətlə dünyada baş verən hadisələrlə, proseslərlə bağlı şərhlərini birləşdirən ümumi bir xətt var: Rusiya nə edirsə düz edir, ABŞ, Qərb və onları dəstəkləyənlər səhv edirlər. Rusiyanın dəstəklədiyi ölkələrə də münasibəti eynidir:  o ölkələr beynəlxalq qanunu pozsa belə Rusiyanın nəzərində düz edirlər. 

Vladimir Yevseyev adlı bir hərbi ekspertin şərhlərini oxuyanda İsfəndiyar Vahabzadəyə haqq qazandırmamaq mümkün deyil. Hərbi ekspertin guya erməni mədəni irsi ilə bağlı söylədikləri tam bir mədəniyyətsizliyin, tərbiyəsizliyin nümunəsi olmaqla bərabər, bilmədiyi, qanmadığı işlərə Vahabzadənin adını çəkdiyi canlı kimi burnunu soxmağıdır.

“Armenpress”-ə verdiyi müsahibədə Yevseyevin guya Qarabağdakı erməni mədəni irsinin azərbaycanlılar tərəfdən “vandalizmə” məruz qalması haqqında dedikləri bilgisizlik yox, elementar tərbiyədən uzaq birinin bütöv bir xalqa, millətə olan həqarəti kimi dəyərləndirilməlidir. Yevseyev deyir ki, “azərbaycanlılar erməni mədəni irsinə münasibətdə türklərə və İŞİD terrorçularına daha çox bənzəyirlər”.  Dünya mədəniyyətinə saysız-hesabsız nümunələr bəxş edən türkləri vandalizmdə ittiham edən bu rusiyalı hərbi ekspert, türklərin babalarının 300 il ərzində Rusiyaya hansı mədəniyyət nümunələrini qoyduğunu nə tez unudub? Etnik təmizləmədə ittiham etdiyi Azərbaycanda 30 min, Türkiyədə 60 mindən çox erməni yaşayır. Ermənistanda bir türk belə yoxdur, o zaman kimdi vandal? Erməni Karo Paylan Türkiyə parlamentində təmsil olunur, kimdi vandal?  Bütün Qarabağda ermənilərin törətdiyi vandalizm hələ də göz önündədir, açıq muzey kimi ortadadır.  Kimdi vandal? Dadivank monastırını Rusiyanın xilas etdiyini deyən Yevseyevdən soruşmaq lazımdır ki, Qarabağ münaqişəsindən əvvəl də əsrlərdir ki, bu monastr Azərbaycanın nəzarətində olub, amma bir daşına da toxunulmayıb. İrəvanda isə saysız-hesabsız məscidləri dağıdan ermənilərdir. Bakının mərkəzində erməni kilsəsi yerindədir. Kimdi vandal? 

Yevseyevin düşmənçiliyi (başqa cür adlandırmaq mümkün deyil) o həddə çatıb ki, bu məsələni “ dünya ictimaiyyəti qarşısında qaldırmaq” kimi absurd ideya təklif edir. Rusiyanın guya bu işə mane olmasını yetərli saymır və “Ermənistana dost olan Fransanın bu işdə böyük rol oynayacağını“ vurğulayır. 

 Yevseyevin bəzi fikirlərinə diqqət edəndə onun milli mənsubiyyətinə şübhə yaranır, çünki rusdan çox, erməni xarakteri özünü biruzə verir. Yevseyevə məsləhət- testdən keçib özünü yoxlatsın, bəlkə ermənidən peydahlanıb? Onun aşağıdakı fikirləri tam bir erməni xislətidir: “Beynəlxalq ictimaiyyət niyə tarix və mədəniyyət abidələrinin dağıdılmasına reaksiya vermir? Qoy, Fransa bunu BMT Təhlükəsizlik Şurasında qaldırsın. Ermənistanın dostları bununla məşğul olmalıdır. Beynəlxalq ictimaiyyətin mədəniyyətə bu cür münasibəti qəbuledilməz hesab etdiyini bəyan etməlidirlər ki, nəticədə azərbaycanlılar dünyanın gözündə başqalarının mədəniyyətini məhv edən insanlar kimi görünsünlər”. 

Yevseyevin nəzərinə çatdırırıq ki, gecikib, artıq dünya Qarabağda erməni vandalizmini əyani şəkildə görüb. Sənin canfəşanlığın erməni mediasından o tərəfə keçəsi deyil. Və İŞİD -lə  yalnız erməni vandalizmi müqayisə oluna bilər. İŞİD-lə paralel aparmağı “beynəlxalq ictimaiyyətə təzyiq”kimi dəyərləndirən bu erməni yanlısı bilsin ki, İŞİD-lə yalnız erməni vandalizmi müqayisə oluna bilər.

Amma, müsahibə ilə sonadək tanış olanda məlum olur ki, Yevseyevin dərdi “erməni mədəni irsi” yox, Rusiyanın imperiya maraqlarıdır. Yevseyev deyir:” hər şey Rusiyadan asılı deyil, həm də Qarabağ ermənilərindən çox şey asılıdır. Başlıca məsələ erməni əhalinin Qarabağda qalmasıdır. Onlar müharibədən sonrakı mürəkkəb situasiyaya adaptasiya olmalıdırlar, yoxsa Rusiya sülhməramlıların orada qalması mənasızdır. Əgər ermənilər Qarabağda yaşamağa davam etsələr, Rusiyanın orada qalmasının hüquqi əsası olacaq, yox ermənilər köçüb getsələr, sülhməramlılara orada yer yoxdur”

Necə deyərlər, “qara qızın dərdi” bəlli oldu, ona erməni irsi yox, Rusiyanın hələ Qarabağda qalması üçün bəhanə lazımdır, o da erməninin köçüb getməməsidir. 

Yevseyev böyük dövləti təmsil edən kiçik əski parçasıdır və erməninin dayağı, ümidi  bu cür əski parçalarına hesablanıb...

İlham İsmayıl

“Mədəniyyətsizin, tərbiyəsizin biridir, qanmadığı işlərə burnunu soxur...“

Geri qayıt