Əsas Səhifə > Əsas xəbərlər > Manatın evini yıxan məmur şəbəkəsidir: - “Onlara “krışalıq”

Manatın evini yıxan məmur şəbəkəsidir: - “Onlara “krışalıq”


15-01-2022, 12:09

Manatın evini yıxan məmur şəbəkəsidir: - “Onlara “krışalıq” edən var”

“Hazırda manatın məzənnəsi üçün hər hansı təhdid yoxdur. Məzənnə sabit saxlanılır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov son günlər yaranan dollar ajiotajı ilə bağlı danışarkən bildirib.

V. Əhmədov deyib ki, buna səbəb indiki vəziyyətdə neft qiymətlərinin 80-85 dollar civarında olması, eyni zamanda, valyuta ehtiyatlarımızın bolluğudur:

“Niyə dolların məzənnəsində dəyişiklik olsun? Hələlik mən bunu gözləmirəm. Əminəm ki, ilin birinci yarısında məzənnə dəyişikliyi olmayacaq. Amma sonradan vəziyyət necə dəyişəcək, hansı proseslər gedəcək, bunu zaman göstərəcək”.

Deputat dolların alışında yaranan məhdudiyyətlə bağlı Azərbaycan Banklar Assosiasiyası ilə əlaqə saxladığını diqqətə çatdırıb:

“Quruma müraciətimdən sonra, araşdırma aparıldı, məlum oldu ki, kommersiya banklarında dolların alış qiymətində dəyişiklik yoxdur. Ola bilər filallarda müşahidə edilsin. Amma Mərkəzi Bankın da bununla bağlı heç bir məktubu yoxdur. Həmçinin, Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var”.

V.Əhmədovun sözlərinə görə, ajiotajı yaradan “qara bazarlar"dır:

“Çünki bu, onlar üçün qazanc yeridir. “Qara bazar”ın işləməsi üçün də mütəmadi belə informasiyaları tirajlayırlar. Ola bilər ki, bəzi bank filiallarının “qara bazar”la əlaqəsi var və dolları bankda yox, “qara bazar”da baha qiymətə satırlar. “Qara bazar”a “krışalıq" edən məmurlar var. Bunlar faktlardı. Mərkəzi Bank və hüquq-mühafizə orqanları bunun qarşsını almalıdılar. Bu “qara bazar” məsələsini sona çatdırmaq lazımdır. Niyə “qara bazar”da istənilən qədər valyuta olmalıdır, amma bankda yox? Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. Bunu normal tənzimləmək lazımdır ki, ajiortaj yaranmasın”.


Geri qayıt