Əsas Səhifə > Əsas xəbərlər > Çin Tayvan ətrafında təlimlərə başlayıb

Çin Tayvan ətrafında təlimlərə başlayıb


3-08-2022, 00:34

Çin Xalq Azadlıq Ordusu Tayvan ətrafında üç ərazidə təlimlərə başlayıb.

"Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bundan əvvəl bildirilib ki, Çin Tayvan adasının şimalında da avqustun 3-5-də dəniz atəşi təlimləri keçirəcək. Çin Ordusunun Şərqi Zonasının Döyüş Komandanlığının məlumatına görə, Tayvan ətrafında hərbi əməliyyatlar çərçivəsində nüvə başlıqlı olmayan raketləri sınaqdan keçirəcək.


Geri qayıt