Əsas Səhifə > Əsas xəbərlər > Ermənistanla sərhəddə gərginlik: Rusiyanın 4 məqsədi

Ermənistanla sərhəddə gərginlik: Rusiyanın 4 məqsədi


15-09-2022, 15:54

Rusiya Baş nazirinin müavini Aleksandr Novak bu il Rusiya qazının Avropa İttifaqına (Aİ) ixracının 50 milyard kubmetr azalacağını açıqladı...

Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə başlayan enerji böhranı Avropaya dərindən təsir etməkdə davam edir.

Musavat.com "Reuters"ə istinadən xəbər verir ki, Kremlin Rusiyanın “Şimal axını 1” boru kəməri ilə Avropaya qaz nəqlinin Moskvaya qarşı sanksiyalar aradan qaldırılmayana qədər tam bərpa olunmayacağı barədə bəyanatından sonra Avropa təşvişə düşüb.

Avropanın ən pis qışa hazırlaşdığı bir vaxtda Rusiyadan yeni açıqlama gəlib.

50 MİLYARD KUBMETR DAHA AZ...

Rusiya baş nazirinin müavini Aleksandr Novak bu il Rusiya qazının Avropa İttifaqına (Aİ) ixracının 50 milyard kubmetr azalacağını açıqlayıb.

Rusiyanın bu qərarı onsuz da çətin vəziyyətdə olan Avropanı daha dərin bir böhrana sürükləyə bilər.

Qeyd edək ki, Rusiyanın dövlət enerji şirkəti "Qazprom" aprel ayında tədarük etdiyi qaza görə rublla ödəniş etməkdən imtina edən “GasTerra”ya təbii qaz axınını dayandıracağını açıqlamışdı.

Şirkət bundan əvvəl rublla ödəniş etməkdən imtina edən Finlandiyaya qaz nəqlini də kəsmişdi.

PUTİNİN SİYAHISINDA HANSI ÖLKƏLƏR VAR?

Ötən həftələrdə Putinin imzaladığı fərmanla "dost olmayan ölkələr"in siyahısı rəsmiləşib.

Rusiya hökumətinin açıqladığı siyahıya ABŞ və bütün Aİ ölkələri daxil edilib.

Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da siyahıda yer alıb.


Geri qayıt