Əsas Səhifə > Əsas xəbərlər > Ermənistanın təxribatları davam edəcəyi təqdirdə itirdiyi son vasitə

Ermənistanın təxribatları davam edəcəyi təqdirdə itirdiyi son vasitə


17-09-2022, 13:58

Ermənistanın təxribatları davam edəcəyi təqdirdə itirdiyi son vasitə “Sakin” olmayacaq

Sentyabrın 12-si gecədən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi düşmənin növbəti dəfə həm ərazi, həm canlı qüvvə, həm də müxtəlif texnika itkiləri ilə müşahidə olundu. Azərbaycan ordusunun həyata keçirdiyi cavab tədbirləri zamanı erməni təxribatının qarşısı tam alındı. Bölmələrimiz bir sıra strateji əhəmiyyətli yüksəklikləri nəzarətə götürdü.
 
400-dən çox hərbçisini itirən Ermənistan ordusunun texnika itkilərinin ümumi dəyəri 1 miyard dollara yaxın oldu. Əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Gorus rayonu və Novruzlu (Kəhnut) yaşayış məntəqəsi istiqamətlərində 2 ədəd S-300 5N63 İYR radarı, S-300 zenit raket kompleksinin 3 ədəd 5P85  atıcı qurğusu, yaylım atəşi sistemi məhv edilib. Basarkeçər rayonu və Aşağı Qaranlıq (Martuni) qəsəbəsi istiqamətlərində isə düşmən 2 ədəd S-125 xenit raket kompleksinin RTS-125 radilokasiya stansiyası məhv edilib. Bununla yanaşı, düşmənin 400 nəfərə yaxın canlı qüvvəsi də məhv edilib. Bu istiqamətdə düşmənin hava hücumundan müdafiə sistemi darmadağın edilib.
 
 
Düşmənə məxsus 1 ədəd “Jitel” radioelektron mübarizə maşını, 14 ədəd top və haubitsa, 9 ədəd minaatan və 32 ədəd müxtəlif texnika məhv edilib. Texnikalardan 6-sı sursatla dolu olub.
Qənimət kimi düşməndən Ordumuz şağıdakılar ələ keçirdi:
 
3 ədəd KAMAZ (biri döyüş sursatı ilə); 
1 ədəd “Ural” markalı avtomobil;
1 ədəd UAZ-3962;
3 ədəd mühəndis texnikası;
3 ədəd minaatan;
1 ədəd “İqla-S” daşınan zenit-raket kompleksi;
135 ədəd müxtəlif avtomat, pulemyot, qumbaraatan;
20 qutu əl qumbarası;
2 optik cihaz;
2 rabitə vasitəsi;
14500-dən çox döyüş sursatı.
 
Düşmənin ümumilikdə 53 döyüş mövqeyi, 2 minaatan mövqeyi, 8 strateji əhəmiyyətli yüksəkliyi nəzarətə götürülüb. Zod istiqamətində yerləşən 538-ci ayrı-ayrı dağ atıcı briqadasının daimi dislokasiya məntəqəsi, həmçinin 2 ədəd S-300 və 2 ədəd S-125 divizionunun start mövqeləri məhv edilib. Ümumilikdə düşmənin itirdiyi texnikaların və silah-sursatın ümumi dəyəri 1 milyard dollardan artıqdır. 
 
 
Ermənistan silahlı qüvvələrinin son təxribatları zamanı Ordumuz tərəfindən məhv edilən düşmən texnikaları arasında “Jitel” radioelektron mübarizə (REM) maşını da mövcuddur. Onu adətən REM stansiyası adlandırırlar. Azərbaycan Ordusu ilk dəfədir ki, bu tip düşmən vasitəsini, həm də tarixi ərazilərimizdə məhv edib. Odur ki, bu dəfə oxuculara “Jitel” (Sakin) barədə məlumat veriləcək. Etibarlı mənbədən əldə etdiyim məlumata görə Ermənistana Rusiya tərəfindən verilən “Jitel” stansiyası Ordumuzun hava hücum vasitələri tərəfindən Sünikin Kəhnut kəndi ərazisində və aktiv rejimdə olarkən məhv edilib. 
 
R-330 “Mandat” kompleksi
 
“Jitel” stansiyası SSRİ-nin zamanında hazırlanan R-330 “Mandat” avtomatlaşdırılmış elektron mübarizə (REM) kompleksinin tərkibində və ya avtonom şəkildə fəaliyyət göstərə bilər. Kompleksin müxtəlif modifikasiyaları və stansiyaları Rusiyada, Ukraynada və Belarusda istehsal edilib. Layihə sənədləri isə Rusiyanın Tambov şəhərindəki EFİR Elmi-Tədqiqat Radiotexnika İnstitutu və Ukraynanın Donetsk şəhərindəki HİİKA Avtomatlaşdırma və Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanıb. R-330 “Mandat” baza versiyasıdır, sonradan isə Ukraynada R-330B “Mandat-B”, R-330U “Ukol” “Borisoqlebsk”, “Borisoqlebsk-2” və R-330M1P “Diabazol”, Ukraynada “Mandat-M”, “Mandat-B1E” və R-330UM, Belarusda isə yalnız “Mandat-M” versiyaları hazırlanıb. 
 
İndiyə qədər istismar edilən R-330 “Mandat” REM kompleksi R-330K idarəetmə mərkəzindən (İM) və avtomatlaşdırılmış elektron döyüş (ED) stansiyalarından ibarətdir. ED stansiyalarına R-330J “Jitel”, R-330U “Ukol”, R-330P “Piramida”, R-325U və R-378A (B) stansiyaları daxil ola bilər. 
 
 
R-330J “Jitel” stansiyası
 
R-330M1P “Diabazol” kompleksini Rusiyanın Voronej şəhərindəki PROTEK Elmi Tədqiqat Mərkəzi yaradıb və istehsala təqdim edib. Kompleksin tərkibinə R-330KMA idarəetmə məntəqəsi və  R-330J “Jitel” avtomatlaşdırılmış basdırma stansiyası daxildir. Kompleksin adı rus dilindən tərcümədə “Sakin” mənasını verir. Bu isə daha çox kompleksin sakinlərin istifadə etdiyi GSM-900/1800 diapazonlu mobil rabitə baza stansiyalarına radiomüdaxilənin yaradılması imkanlı ilə bağlıdır. Kompleks 100..2000 MHz diapazonunda fəaliyyət göstərir ki, bu da baza versiyası olan R-330 “Mandat” kompleksindən və onun 100 MHz-ə qədər diapazonda işləyən təkmilləşdirmələrindən ciddi şəkildə fərqlənir.
 
Təyinatı
 
Kompleks taktiki və əməliyyat-taktiki idarəetmə səviyyələrində düşmənin 1,5 ilə 100 MHz diapazonunda çalışan radio rabitəsinin radiokəşfiyyatı və radiobasdırılması üçün nəzərdə tutulmuşdur. Basdırma stansiyaları avtomatlaşdırılmış və əl rejimində idarə oluna bilər. Bundan əlavə, elektron döyüş stansiyaları idarəetmə mərkəzi olmadan avtonom şəkildə fəaliyyət göstərə bilir.
 
Vəzifələri
 
“Jitel” stansiyasının vəzifələri aşağıdakılardan ibarətdir:
1. İşçi tezlik diapazonunda radio şüalanma mənbələrindən siqnalların avtomatlaşdırılmış şəkildə aşkarlanması (pelenq), istiqamətinin tapılması və təhlili;
2. INMARSAT və IRIDIUM peyk rabitə sistemlərinin mobil yerüstü stansiyalarına (istifadəçi terminallarına), NAVSTAR peyk radionaviqasiya sisteminin (GPS) istehlakçılarının naviqasiya avadanlığına və GSM-900/1800 mobil rabitə baza stansiyalarına radiomüdaxilənin yaradılması;
3. Radio şüalanma mənbələrinin koordinatlarını hesablamaq üçün onların istiqamətlərinin sinxron tapılmasını təmin etmək üçün oxşar stansiya ilə avtomatlaşdırılmış məlumat mübadiləsi; 
4. Ərazinin elektron topoqrafik xəritəsinin fonunda və ya düzbucaqlı koordinatlar şəbəkəsində aşkar edilən radio şüalanma mənbələri haqqında məlumatların nümayişi ilə kartoqrafik məlumatların qeyd edilməsi. 
5. Döyüş işlərinin aparılması üçün tapşırıq almaq üçün baza idarəetmə məntəqəsi ilə məlumat mübadiləsi.
 
 
Tətbiq üsulları 
 
R-330J maşınları aşağıdakı üsullarla tətbiq edilə bilər: 
- avtonom şəkildə;
- Aparıcı stansiya kimi oxşar məhsulla qoşalaşmış cütlükdə;
- Köməkçi stansiya kimi oxşar məhsulla qoşalaşmış cütlükdə;
- avtonom və R-330KMA tipli idarəetmə mərkəzinin nəzarəti altında birləşdirilmiş cütlükdə.
 
Taktiki-texniki xüsusiyyətləri:
 
Heyəti (ekipaj): 4 nəfər.
İşçi tezliyinin diapazonu:
- radio kəşfiyyatı apararkən - 100 ... 2000 MHz;
- radio basdırma apararkən - 800 ... 960;1227,6; 1575.42; 1500…1700 və 1700…1900 MHz.
Müdaxilə siqnallarının növləri: tezliyə görə görmə, tezliyə görə hədəf-maneə, tezliyə görə maneə.
 
Yerüstü avadanlıqların radio basdırma diapazonu 20 - 25 km-dir.
Təyyarədə quraşdırılmış avadanlığın radio basdırma diapazonu ən azı 50 km-dir.
Enerji sənaye şəbəkəsindən və ya özəl dizel elektrik stansiyasından 220/380V və ya təcili rejimdə 24V batareyalardan verilə bilər.
 
Yerləşdirmə (yığışdırma) müddəti 40 dəqiqədən çox deyil.
 
 
İstifadəçiləri
 
R-330 “Mandat” və onun fərdi stansiyaları Rusiya, Ukrayna, Çin, Ermənistan, Yunanıstan və Belarus silahlı qüvvələrinin quru qoşunlarının radioelektron mübarizə hissə və bölmələrinin silahlanmasına daxildir. 
 
Enerji təchizatı
 
Kompleksin enerji təchizatı həm daşınan elektrik stansiyasından, həm də 380 V gərginlikli, 50 Hz tezliyə malik xarici şəbəkədən həyata keçirilə bilər. Bundan əlavə, elektrik təchizatı qəza rejimində idarəetmə vaqonunda ardıcıl qoşulmuş iki 6ST-60 akkumulyatoru, həmçinin ehtiyat olaraq kuzovun həyat təminatı sistemi üçün hər bir avtomobildə ardıcıl birləşdirilmiş iki ədəd 6ST-190 akkumlyator batareyası ilə təmin edilir. R330J stansiyasının fasiləsiz işləməsi üçün əhəmiyyətli yanacaq ehtiyatı tələb olunur.
 
 
Döyüş tətbiqi 
 
P-330 REM kompleksi Rusiya tərəfindən Suriya və Ukraynada, Ermənistan tərəfindən isə 44 günlük Vətən Müharibəsi zamanı  istifadə edilib. Suriyada itkiləri barədə məlumat yoxdur. lakin Ukraynada 4, Qərbi Zəngəzurda isə 1 ədədinin məhv edilməsi barədə məlumatlar mövcuddur. 
 
İmkanları
 
Kompleksin avadanlıqları furqonların gövdələrində yerləşir və ətraf mühitin temperaturu -10 dərəcədən + 50 dərəcəyə qədər olan diapazonda işləyə bilir.
 
Hesablama kompleksinin sürəti saniyədə 750 000 əməliyyat təşkil edir. Hesablama kompleksinin rezident (daxili) yaddaş həcmi 28 kilobayt, xarici yaddaş həcmi isə 208 kilobaytdır.
İstehsalçı “Jitel” maşının işləyərkən, göstərilən diapazonda istənilən rabitə əlaqəsinin basdırıldığını, bir neçə komplesin paralel işlədiyi vaxt isə bir milyon əhalisi olan bir şəhərin mobil rabitəsinin söndürüldüyü iddia edir. 
 
Stansiya eyni vaxtda 12 kanalda işləmək qabiliyyətinə malikdir. 
 
Buna görə də, iş prosesində qoşunların naqilli telefon əlaqəsinin təmin edilməsi vacibdir. Bu isə müdafiə zamanı mümkündür. 
 
 
Nəticə
 
Ermənistan Vətən Müharibəsindən çox əvvəl Azərbaycan Ordusunun gələcək mümkün əməliyyatlarında PUA-ların geniş tətbiqini gözləyirdi və bu məqsədlə çox sayda və müxtəlif REM vasitələri əldə etmişdi. Əsasən Rusiya tərəfindən dəyəri ödənilmədən çatdırılan bu vasitələr əsasən döyüşlər zamanı Azərbaycanın PUA hücumlarının qarşısını almaq üçün nəzərdə tutulsalar da real olaraq əməliyyatlar teatrında tam əks prosesləri izlədik. Başqa sözlə desək, “Ermənistanın PUA ovçuları, özləri PUA-larımızın ovuna çevrildilər”. Ermənistanın Rysiyadan əldə etdiyi REM  komplekslərinin effektiv olmadığını Vətən Müharibəsi zamanı Azərbaycan Müdafiə Nazirliyinin rəsmi YouTube kanalında yerləşdirdiyi videolardan görmək mümkündür. Ermənistanın S-300 “Tor-2MKM” və “Osa” zenit kompleksinin kütləvi şəkildə PUA-lar tərəfindən məhv edilməsi və ya Şuşanı pilotsuz uçuş aparatları olmadan düşməndən azad edilməsi bir daha Azərbaycan Ordusunun istəniən halda erməni ordusundan qat qat güclü olduğunu da dünyaya nümayiş etdirdi.
 
“Sakin” kompleksinin mənfi cəhəti kifayət qədər uzun müddətdə yerləşdirmə prosedurudur. 4 nəfərlik heyət maşını 40 dəqiqəyə çətinliklə fəaliyyətə hazırlaya bilir. Antenaların quraşdırılması da çox incə və mürəkkəb bir prosesdir. Antenalar mexaniki qurğudan istifadə edərək əl ilə quraşdırılır və əsas çətinlik quraşdırmadan sinxronizasiyadan ibarət olur. Bir sözlə, bu bir qədər mürəkkəb proses hesab olunur, odur ki, prosesin mexxanikləşdirməsi mütləqdir. Stansiyanın daxili və xarici yaddaşı da məhduddur. Digər əsas mənfi cəhəti isə fəaliyyət radiusunda olan “Sakin” stansiyasının həm öz hissələrinin, həm də rəqibin əhatə dairəsində olan bütün mobil və peyk rabitələrinə qarşı effektiv olduğunu iddia edir.
 
 
Təbii ki, radio şüalanma mənbəyi ilə uzun müddət fəaliyyət göstərən stansiyanı aşkar etmək və onu raket və ya artilleriya vasitəsi ilə məhv etmək tamamilə mümkündür. Buna görə də, anten modulu uzaqdan idarə olunur, bu isə düşmənin atəş zərbəsindən heyətin qorunmasını təmin etməlidir, lakin bu ərazinin artilleriya basqını zamanı heyəti qoruya bilmir, çünki anten ilə stansiya arasında məsafə 10-15 metrdir.  
 
“Sakin” stansiyası aktiv rejimdə olarlən, göstərilən diapazonda öz qoşunlarının da mobil rabitəsinin söndürməsini onun mənfi cəhətlərinə, eyni vaxtda 12 kanalda işləməsini isə müsbət cəhətlərinə aid etmək olar. 
 
Ən təcrübəli heyət stansiyanın yerdəyişməsini ən tez 20 dəqiqə ərzində yerinə yetirə bilir. Bu müddət isə rəqibin təkrar artilleriya atəşini nizamlaması və stansiyanı məhv etməsi üçün kifayət edir. 
 
 
 
Beləliklə, son əməliyyatda Rusiya tərəfindən Ermənistana verilən “PUA ovçusu” kimi verilən “Sakin” kompleksinin özünü bu dəfə tarixi torpaqlarımızda Azərbaycan PUA-larının “ovuna” çevrildilər. Deməli Vətən Müharibəsində düşmən üçün aktual olan “Reppelent” faciəsi Qərbi Zəngəzurumuzda “Sakin”qırğını ilə davam edir.
 
Erməni ordusunun “PUA ovçusu” hesan edilən stansiya sentyabrın 13-də Kəhnut ərazisində ovlanıb. Bu isə düşmənin təxribatları davam edəcəyi təqdirdə itirdiyi son vasitə olmayacaq. Seçim isə məğlub Ermənistanındır. Ya İrəvan imzaladığı sənədləri icra edəcək, ya da yaxın gələcəkdə ərazi və texnika itirməklə bərabər İranla sərhəddə yerləşən qədim torpaqlarımıza turist kimi səfər etmək üçün Azərbaycandan viza xahiş edəcək. 
 
Ədalət Verdiyev, hərbi ekspert

Geri qayıt