Əsas Səhifə > Əsas xəbərlər > Xersonun 29 yaşayış məntəqəsi ruslardan azad edildi

Xersonun 29 yaşayış məntəqəsi ruslardan azad edildi


7-10-2022, 19:24

Oktyabr ayı ərzində Ukrayna hərbçiləri Xerson vilayətinin 29 yaşayış məntəqəsini Rusiya ordusundan azad edib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini briqada generalı Aleksiy Qromov brifinq zamanı bildirib .

O həmçinin qeyd edib ki, ruslar Ukrayna Silahlı Qüvvələrinin irəliləyişinin qarşısını almaq, işğal olunmuş mövqeləri saxlamaq və itirilmiş ərazilərə nəzarəti bərpa etmək məqsədi ilə Xerson istiqamətində əks-hücumlar edirlər.


Geri qayıt