Əsas Səhifə > Əsas xəbərlər > UKRAYNAYA HƏRBİ YARDIMIN DƏYƏRİ 30 MİLYARDA ÇATDI
UKRAYNAYA HƏRBİ YARDIMIN DƏYƏRİ 30 MİLYARDA ÇATDI26-01-2023, 23:52 |
Ötən gün Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Ukraynaya 31 “Abrams” tankının tədarük ediləcəyini açıqlayıb. “Biz Ukraynaya öz ərazisini müdafiə etmək və əks-hücuma keçməkdə kömək etmək niyyətindəyik. Ölkəni azad etmək üçün onlar öz müdafiə imkanlarını artırmalıdırlar. Bu gün biz Ukraynaya 500-dən çox zirehli texnika, o cümlədən 31 ədəd “Abrams” tankı ayırırıq”, - deyə dövlət başçısı bildirib. Məlumat üçün qeyd edək ki, bu açıqlamadan sonra ABŞ-ın Ukraynaya göndərdiyi hərbi yardımların ümumi dəyəri 30 milyard dollara çatıb. “AzPolitika.info” xəbər verir ki, Britaniyanın “Daily Mail” nəşri ABŞ-ın Ukraynaya göndərdiyi ən bahalı və effektiv döyüş vasitələrinin adlarını və xüsusiyyətlərini araşdırıb. Həmin siyahını oxuculara təqdim edirik: “M1 “Abrams” tankı Bu tankın əsas üstünlüyü onun 120 mm-lik M256 “L44” yivsiz topu və 4000 metr atəş məsafəsinə sahib olmasıdır. 4 nəfərlik ekipajdan ibarət tankın çəkisi 73,6 ton, mühərrik həcmi isə 1500 at gücündədir.
![]()
Tankın maksimal sürəti 72 km/saatdır. Son açıqlanan məlumatda ABŞ-ın Ukraynaya 31 ədəd “Abrams” tankı göndərəcəyi bildirilir. Dəyəri - 400 milyon dollar Miqdarı - 31 ədəd “HIMARS” raket sistemləri ABŞ Ukraynaya 16 Yüksək Mobil Artilleriya Raket Sistemi verəcəyini bildirib. Bu sistem döyüş sursatından asılı olaraq 50 mil məsafəyə altı idarə olunan raket göndərə bilir.
![]()
“HIMARS” dünyanın ən qabaqcıl raket artilleriya sistemlərindən biri hesab olunur. Ukrayna artıq bu sistemdən həm əsgərləri, həm də hərbi infrastrukturu məhv etmək üçün istifadə edib. Dəyəri – Bir raket üçün 5 milyon dollar Miqdarı – 38 ədəd “Patriot” hava hücumundan müdafiə sistemi "Patriot" hava hücumundan müdafiə sistemləri ən qabaqcıl döyüş vasitələrindən hesab olunur. Sistem 40-160 kilometr məsafədəki hədəfləri aşkar edə və eyni anda 32 raket buraxa bilər.
![]()
“Patriot” sisteminin bir batareyasının ümumi qiyməti 1 milyard dollardan bahadır. ABŞ dekabr ayında Ukraynaya ilk “Patriot” batareyalarının göndəriləcətini vəd etmişdi. Dəyəri – Bir batareya 1 milyard, bir raket 10 milyon dollar Miqdarı - Bir batareya, üstəgəl döyüş sursatı “Haubitsa”lar (105 mm və 155 mm) “M777” ABŞ tərəfindən Ukraynaya verilən əsas 155 mm-lik haubitsadır. Bu silah adi artilleriya mərmi ilə 13 mil atəş məsafəsinə malikdir. Dəyəri – 570 min dollardır Miqdarı - 232 ədəd “Mi-17” helikopterləri Ukraynaya verilən “Mi-17” helikopterləri Sovet istehsalıdır. Rusiyada hazırlanmış hərbi təyyarə 2010-cu illərin əvvəllərində ABŞ tərəfindən Əfqanıstan ordusu üçün alınmışdı.
![]()
Taliban ölkəyə nəzarəti ələ keçirdikdən sonar təyyarələr ABŞ-ın envanterinə daxil edildi. Dəyəri - 17 milyon dollar Miqdarı – 20 ədəd “NASAMS” HHM sistemləri “NASAMS hava hücumundan müdafiə sistemi bir sıra hava təhdidlərini, o cümlədən təyyarələr, qanadlı raketlər və pilotsuz uçuş aparatlarını hədəf ala bilər.
![]()
Ukraynaya vəd edilən səkkiz sistemdən altısı ABŞ ordusunun bu ayın əvvəlində verdiyi 1,2 milyard dollarlıq müqavilənin bir hissəsi kimi təhvil veriləcək. Dəyəri - Ümumilikdə təxminən 2 milyard dollar Miqdar- 2025-ci ilə qədər səkkiz bataraya veriləcək “Harpoon” sahil müdafiə sistemləri Bu system gəmi əleyhinə raketlər üçün nəzərdə tutulub. “Harpoon”un bir raketinin qiyməti 1,5 milyon dollardır. Dəyəri - Naməlum Miqdarı - İki sistem “Phoenix Ghost”, “Switchblade” Taktiki Pilotsuz Hava Sistemləri Pilotsuz uçuş sisteminin “Phoenix Ghost” və “Switchblade” modelləri ABŞ-ın Ukraynaya təqdim etdiyi müxtəlif dron texnologiyalarından yalnız ikisidir. “Phoenix Ghost” və “Switchblades” müxtəlif hədəflərə hücum etmək üçün nəzərdə tutulub. Dəyəri - Təxminən 17 milyon dollar Miqdarı - Təxminən 2500 ədəd “Javelin” raketləri Bu raket adətən çiyinlərə quraşdırılmış buraxılış qurğusundan atılır və avtomatik olaraq hədəfinə doğru istiqamətlənir.
![]()
İnternet resurslarında Ukrayna əsgərlərinin Rusiya qüvvələrinə qarşı bu raketlərdən istifadə etməsi ilə bağlı bir neçə videogörüntü mövcuddur. Dəyəri - Hər raket üçün 250 min dollar Miqdarı - 8500 raket Müxtəlif radar sistemləri ABŞ indiyə qədər Ukraynaya müxtəlif radar sistemləri, hava müşahidə sistemləri, əks-artilleriya radarları göndərib. Dəyəri – naməlum Miqdarı - Ən azı 86 ədəd Zirehlər və dəbilqələr ABŞ Ukrayna qoşunlarının quru əməliyyatlarında üstünlük qazanmaları üçün müxtəlif texniki-təchizat vasitələri göndərib. Dəyəri -350- 800 dollar Miqdar – 75 min ədəd Müxtəlif yerüstü nəqliyyat vasitələri ABŞ tərəfindən Ukraynaya müxtəlif təyinatlı avtomobillər çatdırılıb. Bura – 100 ədəd zirehli ambulans, 580 ədəd minaya davamlı “MRAP” avtomobili, 100-dən çox yüngül taktiki maşınlar və 1700-dən çox “Humvee” markal abtomobil daxildir. Dəyəri - Naməlum Miqdarı – 3199 ədəd Kiçik kalibrli silah sursatları ABŞ Ukraynaya atıcı silahlar üçün 100 milyondan çox mərmi göndərib. Dəyəri- Naməlum Miqdarı - 111 milyon ədəd Digər dəstəklər Digər yardımlara qoruyucu avadanlıqlar, tibbi ləvazimatlar, yüzlərlə generator, üstəgəl təlim üçün maliyyə vədləri daxildir”.
Geri qayıt |