Əsas Səhifə > Əsas xəbərlər > olunan aparat rəhbəri YÜKSƏK VƏZİFƏLI ŞƏXSİN
olunan aparat rəhbəri YÜKSƏK VƏZİFƏLI ŞƏXSİN24-05-2023, 20:28 |
Elm və Təhsil Nazirliyinə Aparat rəhbəri təyin olunub. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, bu vəzifəyə Mətin Kərimli təyinat alıb. Qeyd edək ki, Mətin Kərimli 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirib. 2000–2001-ci illərdə Fransanın Strasburq Universitetində Avropa elmləri üzrə fənlərarası diplom, 2001–2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. 2012-ci ildə Harvard Universitetini dövlət idarəetməsi ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. Mətin Kərimli Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, NATO-nun Müdafiə Siyasəti və Planlaşdırma İdarəsinin Beynəlxalq Katibliyində tərəfdaşlıq zabiti, Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib olub. Bundan başqa, Xarici İşlər və Vergilər nazirliklərində müxtəlif vəzifələrdə çalışıb. 2014-2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub. 2020-ci ilin yanvar ayından Beynəxalq Əmək Təşkilatının Sakit okean hövzəsi ölkələri üzrə ofisinin direktoru olub. İngilis, fransız, rus və ispan dillərini bilir. Evlidir, 3 övladı var. "AzPolitika.info" xatırladır ki, Mətin Kərimli Ali Məhkəməsinin sədri İnam Kərimovun qardaşıdır. Geri qayıt |