Əsas Səhifə > Əsas xəbərlər > Zakir Həsənov ABŞ müdafiə katibinin müavini ilə hərbi əməkdaşlığı

Zakir Həsənov ABŞ müdafiə katibinin müavini ilə hərbi əməkdaşlığı


2-06-2023, 22:59

İyunun 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla ABŞ-ın müdafiə katibinin siyasi məsələlər üzrə müavini Kolin Kahlın təşəbbüsü ilə telefon danışığı olub. 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Tərəflər iki ölkə arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar. 

Telefon danışığı zamanı həmçinin Azərbaycanla ABŞ arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub. 


Geri qayıt