
Prezident İlham Əliyev 2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. AzerTaym.az bildirir ki, Sərəncamla 2024-cü il üçün texnika və mədəniyyət sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilib:
Texnika sahəsi üzrə “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” kompleks elmi-texniki işinə görə: Vaqif Məcid oğlu Fərzəliyev; Həqiqət Əliəşrəf qızı Cavadova; Əfsun Rəzzaq oğlu Sucayev.
Mədəniyyət sahəsi üzrə Teatr rejissorluğu sahəsində fəaliyyətinə görə: Mehriban Zaur qızı Ələkbərzadə.
Geri qayıt
|