Əsas Səhifə > Əsas xəbərlər > AMEA-da Ramiz Mehdiyevin dövründəki qanunsuzluqlar

AMEA-da Ramiz Mehdiyevin dövründəki qanunsuzluqlar


19-10-2024, 13:41

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

Gununsesi.info xəbər verir ki, iclasda bir çox məsələlər, eyni zamanda “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi”nin nəticələri müzakirə olunub.

Müzakirələrin nəticəsinə əsasən, 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.

Qeyd edək ki, sözügedən dövrdə AMEA-nın prezidenti Ramiz Mehdiyev olub. O, 2019-2022-ci illərdə bu vəzifəni icra edib.

 
0
 
 
 
 

Geri qayıt