Əsas Səhifə > Əsas xəbərlər > Nazirlikdə 14 işçi ixtisara salındı?
Nazirlikdə 14 işçi ixtisara salındı?7-12-2015, 16:12 |
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi mətbu orqanı olan “Rabitə dünyası” qəzeti və “İCTnews.az” portalının əməkdaşları ixtisar olunub.
Məlumata görə, bu barədə adıçəkilən mətbu orqanların facebook sosial şəbəkəsindəki departament qurupunda işçilərə xəbərdarlıq olunub. Bildirilib ki, müqavilə ilə işləyən əməkdaşların dekabrın 18-dən sonra müqavilələrinə xitam veriləcək. Növbəti üç ay üçün müqavilənin vaxtı uzadılmayacaq. Qərarın nazir əvəzi Ramin Quluzadə tərəfindən verildiyi bildirilir. Bununla bağlı RYTN-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, nazirin müşaviri və "Rabitə dünyası" qəzetinin baş redaktoru Müşfiq Əmirov “Qafqazinfo”ya bildirib ki, yayılan məlumat həqiqətə uyğun deyil: “Bizim şöbədə heç kim işdən çıxarılmayıb. Yeni rəhbərlik mənimlə söhbətində bizim sahəni daha da genişləndirməyi tövsiyyə edib. Heç kimin işdən azad olunması bu gün gündəmdə deyil”. Qeyd edək ki, “Rabitə dünyası” qəzeti və “İCTnews.az” portalı RYTN-in mətbu və informasiya orqanlarıdır. Hər iki redaksiyanın ümumilikdə 14 nəfərə yaxın əməkdaşı var. Əməkdaşlar nazirliyin nəzdində fəaliyyət göstərən “Azintelecom” MMC ilə üç aylıq müqavilə əsasında fəaliyyət göstərirlər. Qafqazinfo.az Geri qayıt |