Əsas Səhifə > Əsas xəbərlər > Çin hidrogen bombasını sınaqdan keçirdi – nüvə olmadan 1000 dərəcəlik
Çin hidrogen bombasını sınaqdan keçirdi – nüvə olmadan 1000 dərəcəlikDünən, 18:15 |
Pekin yeni nəsil silahını təqdim etdi – bu dəfə nüvə texnologiyası olmadan ölümcül istilik! Musavat.com xəbər verir ki, Çin Xalq Respublikası nüvə texnologiyasından istifadə etmədən hazırlanmış “hidrogen bombası”nı uğurla sınaqdan keçirib. Bu barədə nüfuzlu "South China Morning Post" məlumat yayıb. Yeni silah maqnezium hidridinə əsaslanır və partlayış zamanı 1000°C-dən yüksək istilik yaradır. Ekspertlərin sözlərinə görə, bu tip bombalar genişmiqyaslı yanğınlara və böyük dağıntılara səbəb ola bilər. Hazırda Çin ordusunun bu texnologiyanı silahlanmaya daxil edib-etməyəcəyi və necə istifadə edəcəyi məlum deyil. Lakin hərbi dairələrdə artıq bu sınağın regional təhlükəsizlik balansına təsiri ciddi müzakirə mövzusuna çevrilib. Bu inkişaf Pekinin ənənəvi silah texnologiyalarından uzaqlaşıb daha çevik və yeni texnoloji imkanlara yönəldiyini göstərir. Geri qayıt |