Əsas Səhifə > Əsas xəbərlər > veteranları və əlillərinin sayı AÇIQLANIB

veteranları və əlillərinin sayı AÇIQLANIB


Dünən, 19:36

Qarabağ veteranları və əlillərinin sayı AÇIQLANIB

2025-ci il aprelin 1-nə olan məlumata görə, Azərbaycanda müharibə veteranlarının sayı 184 574 nəfər olub. Onlara ayda 80 manat Prezident təqaüdü verilir.

AzerTaym.az bildirir ki,bu barədə modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.

“Müharibə veteranı” statusu daşlyan şəxslərdən 180 836 nəfər Azərbaycan Respublikasının ərazi bütövlüyü  uğrunda döyüş əməliyyatlarında iştirak edənlərdir.

3 738 nəfər müharibə veteranı isə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslər, keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət  Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləridir.

2025-ci il aprelin 1-nə olan məlumata görə, 1941-1945-ci illər müharibəsiinin iştirakçılarının sayı 13 nəfərdir. Onlara ayda 330 manat Prezident təqaüdü verilir.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sayı da açıqlanıb – 19 520 nəfər.

Onlardam Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslər 14229 nəfər təşkil edib (bir nəfərə düşən orta ayıq təqaüdün məbləği 382,87 manat).

Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərin sayı 2 822 nəfərdir (bir nəfərə düşən orta ayıq təqaüdün məbləği 386,11 manat).

Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslər isə 2 469 nəfər (bir nəfərə düşən orta ayıq təqaüdün məbləği 400,27 manat) təşkil edib.


Geri qayıt