Əsas Səhifə > Əsas xəbərlər > İstanbulda daha bir BÖYÜK korrupsiya ƏMƏLİYYATI: Pul, vəzifə və

İstanbulda daha bir BÖYÜK korrupsiya ƏMƏLİYYATI: Pul, vəzifə və


Dünən, 16:56

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan üçüncü korrupsiya istintaqı çərçivəsində aralarında İBB Mətbuat, Yayım və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Taner Çetin də daxil olmaqla 22 nəfər saxlanılıb.

Musavat.com xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində “cinayətkar təşkilata rəhbərlik etmək”, “cinayət təşkilatına üzvlük”, “hədə-qorxu ilə tələb etmə”, “məlumatları ələ keçirmə” və “tenderin saxtalaşdırılması” kimi ittihamlar irəli sürülüb.

İBB'ye yönelik 3. yolsuzluk soruşturmasında balya balya para ele geçirildi

İstintaq çərçivəsində aparılan əməliyyatlar zamanı “Yeni Fikir Eğitim Ltd. Şti.” adlı şirkətdə aparılan axtarış zamanı müəyyən məbləğdə pul ələ keçirilib. Sözügedən şirkətin İBB-yə bağlı Medya AŞ-dən qeyri-qanuni tenderlər aldığı iddia olunur.

İstintaq materiallarına əsasən, Taner Çetinin rəhbərlik etdiyi strukturun bəzi şirkətlərə tenderlərin öncədən verilməsində rol oynadığı, bu şirkətlərdən isə rüşvət aldığı və həmin pullarla əmlak əldə etdiyi bildirilir. Maliyyə Cinayətləri İstintaq Şurasının (MASAK) hesabatına görə, rüşvət məbləğləri bəzi hallarda tender qalibləri vasitəsilə üçüncü şəxslərə ötürülüb.

İBB'ye yönelik 3. yolsuzluk soruşturmasında balya balya para ele geçirildi

İddialara görə, istintaqın mərkəzində olan şəxslər İstanbul Böyükşəhər Bələdiyyə Başqanı vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlunun Beylikdüzü Bələdiyyə Başqanı olduğu dövrdən bəri onunla əlaqədə olublar. Taner Çetinin Medya AŞ və Kültür AŞ-də həyata keçirdiyi fəaliyyətləri də araşdırılır.

 

 

 

Tender saxtakarlıqları və rüşvətxorluqla bağlı açılan istintaqda Taner Çetin başda olmaqla ümumilikdə 22 nəfər haqqında həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslərin siyahısı aşağıdakılardır:

  1. Taner Çetin

  2. Hakan Sayıl

  3. Hüseyin Kum

  4. Faruk Ceyhan

  5. Noyan Kırmızıgül

  6. Engin Gönül

  7. Fatma Ebru Çınar

  8. Ahmet Rıdvan Murat

  9. Berrin Süzen

  10. Dilek Demir

  11. Nihat Kolaber

  12. Fikri Murat Demir

  13. Bülent Kütük

  14. Arzu Can

  15. Aslı Siyahgül

  16. Harbı Can

  17. Çağatay Tekaoğlu

  18. Mehmet Yusuf Yosunkaya

  19. Onur Gülin

  20. Serap Karay

  21. Musa Özışık

  22. Mustafa Karaoğlu

İstintaq davam edir və yeni detalların ortaya çıxacağı gözlənilir.


Geri qayıt