Əsas Səhifə > Əsas xəbərlər > Azərbaycan gömrükçüləri 27
Azərbaycan gömrükçüləri 276-01-2016, 17:04 |
Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib. Başlanmış cinayət işləri üzrə narkotik vasitələr - 33 kq 847,217 qram qurudulmuş marixuana, 28 kq 519,461 qram həşiş qatranı, 10 kq 766,059 qram heroin, 3 kq 552,112 qram tiryək, 590 qram qurudulmamış marixuana, 388,803 qram metadon, 57,185 qram kokain və psixotrop maddələr - 98,091 qram metamfetamin, 46 qram fenobarbital, 20 qram fenamfetamin, 10,014 qram clonazepam, 1,635 qram alprazolam, 0,106 qram buprenorfin maddi sübut kimi tanınıb. Həmin cinayət işləri üzrə götürülən mallar isə 85827 manatlıq 6735 şüşə spirtli içki, 80952 manatlıq tütün məmulatı, 61407 manatlıq 409 ədəd mobil telefon, 484301 manat dəyərində müxtəlif valyuta, 6624 manatlıq adi içkilər, 27519 manatlıq dərman preparatları, 312200 manatlıq 13 ədəd nəqliyyat vasitəsi, 18300 manatlıq qarışıq mallar, 124855 manatlıq pirotexniki vasitələr, 90174 manatlıq qızıl məmulatı, 26104 manatlıq 27 kq 955 qram balıq kürüsü, 43,5 kq barıt, 50 ədəd patron, 1 ədəd qaz balonu və 12 ədəd bıçaqdan ibarət olub. 2015-ci il ərzində İstintaq İdarəsinin icraatında olan 121 cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmləri əsasında ümumilikdə 97 kq 998,049 qram narkotik vasitə və psixotrop maddənin məhv edilməsi təmin edilib. Hazırda İstintaq İdarəsinin icraatında olan cinayət işləri üzrə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunması, habelə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsi istiqamətində cinayətlərin istintaqı davam etdirilir və cinayətlərin törədilməsinə imkan yaradan səbəb və şəraitin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir. Geri qayıt |