Əsas Səhifə > Əsas xəbərlər > UNUN QİYMƏTİNİ 2 YAP-çı DEPUTAT QALDIRIR
UNUN QİYMƏTİNİ 2 YAP-çı DEPUTAT QALDIRIR13-01-2016, 14:17 |
“Bu deputatlara çağırış edirəm ki, xalqı çörəklə imtahana çəkməyin, xalqı dövlətdən narazı salmayın” “Bu möhtəkirlər, işbazlar yaranmış durumdan istifadə edib varlanmaq istəyirlərsə, əslində dövlətə xəyanət edirlər” Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ölkədə unun qiymətinin süni surətdə bahalaşmasında və əhalinin narazı salınmasında deputat həmkarları Tahir Süleymanovla Əsabil Qasımovu ittiham edib.“Yeni Müsavat”a açıqlamasında F.Ağamalı bildirib ki, insanların narazılığı unun kəskin bahalaşmasınadır. Bunu edən isə un istehsalı ilə məşğul olan adıçəkilən deputatlardır:“Mən iki deputat həmkarıma çağırış edirəm. Onlardan biri Siyəzənin deputatı Tahir Süleymanov, biri isə İmişlinin deputatı Əsabil Qasımovdur. Onlar ölkənin əsas un istehsalı ilə məşğul olan adamlardır. Qiymətləri də onlar qaldırıblar. Hər ikisi zəhmət çəksin illərdir bu dövlətin hesabına yığdıqları pulu xərcləsinlər. Süni bahalaşmaya gedib əhalinin vəziyyətini ağırlaşdırmasınlar. Bu deputatlara çağırış edirəm ki, xalqı çörəklə imtahana çəkməyin, xalqı dövlətdən narazı salmayın. Onlar bu dövlətdən qazanıblar, indi qazandıqlarını zəhmət çəkib xalqa xərcləsinlər. Bu durumda da pul qazanmaq həvəsinə düşməsinlər.
Geri qayıt |