Əsas Səhifə > Əsas xəbərlər > OLİQARX Neftçalada

OLİQARX Neftçalada


19-01-2016, 23:24

 

126185_res_01Rusiyada yaşayan nüfuzlu azərbaycanlı oliqarx, “İSR Holding” şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilov bu gün gözlənilmədən Azərbaycanın Neftçala rayonuna səfər edib.Virtualaz.org saytının bölgə müxbirinin verdiyi xəbərə görə milyarder Neftçalada onun holdinqinə məxsus olan “Azəryod” ASC-yə baş çəkib.Maraqlıdır ki, oliqarxın Neftçalaya səfəri haqda heç rayon icra hakimiyyətinin başçısının da xəbəri olmayıb. İcra hakimiyyətinin başçısı İsmayıl Vəliyev səfərdən ancaq İ.Xəlilovun rayonu tərk etməsindən sonra xəbər tutub.

Müxbirimiz xəbər verir ki, İ.Xəlilov yod zavodunun işçiləri ilə söhbət edib. Hazırda dünya bazarlarında yodun qiymətinin kəskin aşağı düşməsi nəticəsində müəssisə böhranlı günlərini yaşayır. İ.Xəlilov zavodun istehsal sahələrini də gəzib. Milyarder zavodun rəhbərliyinə göstəriş verib ki, mövcud mürəkkəb vəziyyətə baxmayaraq müəssisənin 250 işçisindən bir nəfəri də işdən azad etməsin.
“Azəryod” ASC texniki və kristallaşmış yod istehsal edir. Hazırda ildə 400 ton yod buraxır, bu isə ölkənin yoda tələbatından 25 dəfə çoxdur. Zavodun baş direktoru İ.Xəlilovun qohumu Rəşad Xəlilovdur. Son illər bu müəssisənin işə düşməsindən sonra Neftçalada yod istehsalı xeyli artıb. Azərbaycanda yod-bromlu su quyuları ancaq Neftçaladadır. Rayon ərazisində 110 belə quyu var, onlardan 77-i istismar olunur. İstehsal gücünə görə Neftçala yod zavodu MDB-də birinci, dünyada üçüncüdür.
2 il əvvəl dünya bazarında 1 ton yod 30 min ABŞ dollarından baha satılsa da, hazırda qiymət 2-3 dəfə aşağı düşüb , istehsal olunmuş məhsulu satmaq problemi yaranıb.


Geri qayıt