Əsas Səhifə > Əsas xəbərlər > CAHANGİR HACIYEVİN zavodları satışa çıxarılıb –
CAHANGİR HACIYEVİN zavodları satışa çıxarılıb –20-01-2016, 18:34 |
Virtualaz.org bu barədə Beynəlxalq Bank işi üzrə istintaqa yaxın mənbələrdən məlumat əldə edib. Söhbət “İntertekstil” fabrikindən və “İntersteel” poladtökmə zavodundan gedir. Bu zavodların tikintisinə Beynəlxalq Bankın yüz milyonlarla dollarlıq krediti sərf olunub. Lakin onun vəkili Kamandar Nəsibov və ailə üzvləri bildirir ki, mənimsəmə ittihamı absurddur. Çünki A.Hüseynov həmin vəsaiti Birləşmiş Ərəb Əmirliklərindəki zavodların tikintisinə sərf edib. Hazırda A.Hüseynovun işi üzrə istintaq faktiki olaraq getmir. O, 8 ay ərzində cəmi iki dəfə dindirilib. Vəkil Kamandar Nəsibovun virtualaz.org saytına bildirdiyinə görə, iş üzrə istintaq faktiki olaraq getmir. “Bu adamı niyə içəridə saxlayırlar, anlamaq olmur. Adil Hüseynov kredit götürməyib, pulları xərcləməyib. Pulları götürən də, xərcləyən də başqalarıdır. A.Hüseynov deyir ki, mənə şərait yaradın, pulların kimlər tərəfindən və xərcləndiyinə dair bütün dəlil-sübutları, faktları təqdim edim”-vəkil bildirir. Maraqlıdır ki, 2011-ci ildə həmin Hüseyn Marayev zavodların Beynəlxalq Banka girov qoyulmasına etiraz edirmiş və bu iş üzrə məhkəmə iddiası da qaldırıbmış. Cahangir Hacıyev Dubayda Marayevin iddiası üzrə işi udmaq üçün vəkillərə 10 milyon dollara yaxın qonorar ödəyib. Nəhayət zavodların bankın girovluğunda qalması təsdiqlənib. Marayev isə Beynəlxalq Bankın vəsaiti hesabına tikilmiş bu zavodları faktiki olaraq öz mülkiyyətinə keçirmək istəyirdi. İndi zavodların satışından əldə edilən vəsaitlərin hamısının banka çatıb-çatmayacağı da aydın deyil. Bəs həmin kreditlərin hamısı doğrudan da zavodlarn tikintisinə sərf edilibmi? Bunu dəqiqləşdirmək istintaqın işidir, ancaq istintaq Marayevi və Bəşirovu dindirmədən vəsaitlərin necə xərclənməsini çətin ki, dəqiqləşdirə bilsin. Bununla belə virtualaz.org saytına məlum olub ki, Birləşmiş Ərəb Əmirliklərində zavodların tikintisi layihəsi çərçivəsində Xaqani Bəşirovun şirkətinin Lüksemburqdakı ofisinin saxlanılması xərcləri ildə 12 milyon dollar (!) təşkil edirdi. Yəni Beynəlxalq Bankın zavodların tikintisinə ayırdığı kreditlərdən ildə 12 milyon dolları faktiki olaraq X.Bəşirovun cibinə gedib. Buna baxmayaraq X.Bəşirovun Beynəlxalq Bank işi üzrə istintaqa cəlb olunmasına dair məlumat yoxdur. Əksinə, o hələ də bankın xaricdəki aktivlərinin idarə edilməsi və satışının təşkil edilməsi ilə məşğuldur…
Geri qayıt |