Əsas Səhifə > Əsas xəbərlər > Ordumuzdan MÜHÜM ƏMƏLİYYAT

Ordumuzdan MÜHÜM ƏMƏLİYYAT


25-01-2016, 23:38

Картинки по запросу AZƏRBAYACAN ƏSGƏRİ

Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttindəki yüksəkliklərdən birinin Azərbaycan ordusu tərəfindən nəzarətə götürülməsi barədə məlumatı təsdiqləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bəzi elektron kütləvi informasiya vasitələrində Ermənistandakı mənbələrə istinadən, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ” yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yayılıb: “Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”.

Qeyd edək ki, ərazini yaxşı tanıyan keçmiş zabitlərdən biri saytımıza açılamasında "Odundağ" yüksəkliyinin ələ keçirilməsini Ordumuzun ciddi nailiyyəti kimi qiymətləndirib və bu postun möhkəmləndirilməsinin ətraf ərazilərin müdafiəsi üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.

"AzerTaym.az"


Geri qayıt