COP29 qonaqlarından COVID testi götürüləcək?
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) gələn qonaqlardan koronavirus testi götürülməyəcək. "AzerTaym.az"yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Nadir Zeynalov danışıb. COVID-19 pandemiyasında əldə edilən təcrübələrdən söz açan nazir müavini qeyd edib ki, Azərbaycanda Beynəlxalq Tibbi-Sanitariya Qaydaları tətbiq olunur: "2005-ci ildə qəbul edilən bu qaydalar COVID-19 pandemiyası zamanı sınaqdan keçirildi. Azərbaycan da bu qaydalar çərçivəsində tədbirlər gördü. Artıq gələcəkdə belə hallar yaşanarsa, atılacaq addımların müəyyənləşdirilməsi və təhlükəsizliyin təmini daha asan olacaq".