Əsas Səhifə > Hadisə > 08.02.2014. - DƏHŞƏT: Bakıda azyaşlı uşaq uçan evin altında qaldı
08.02.2014. - DƏHŞƏT: Bakıda azyaşlı uşaq uçan evin altında qaldı8-02-2014, 12:52 |
![]() AzerTaym.az ANS-ə istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsindən verilən məlumata görə, Ramana-Qala yolunun kənarında fərdi yaşayış evi uçub və hadisə nəticəsində azyaşlı uşaq dağıntı altında qalıb. Hadisə şahidlərinin verdikləri məlumata görə, dağıntı altında daha bir nəfər də var. Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, polis əməkdaşları cəlb olunub. Uşağın dağıntılar altından çıxarılması üçün işlər aparılır. Geri qayıt |