Əsas Səhifə > Hadisə > CƏLİLABADDA SAXTA DİPLOM VERƏN

CƏLİLABADDA SAXTA DİPLOM VERƏN


25-04-2016, 18:27

image here

Cəlilabad rayon Göytəpə şəhərindən "Təzadlar"a daxil olan məlumatda maraqlı məsələyə toxunulur...
Məktubda yazılır: "...Hələ saxta diplomlu mütəxəssisləri təmizləməmiş Göytəpənin mərkəzində yerləşən Göytəpə Mərkəzi Xəstəxanasında "tibb məktəbi" fəaliyyət göstərməyə başlayıb. Bu məktəbin fəaliyyətinə nə Təhsil Nazirliyi, nə də Səhiyyə Nazirliyindən icazə-lisenziya olmasa da kimlərinsə "krişalığında" hər şagirddən ayda 30 manat almaqla ildə 200-300 tələbə qəbul edilir...İldə 60 000-90 000 manat pul əldə edilərək məlum olmayan şəxslərin büdcəsinə gedir. Müasir dövrdə hüquq mühafizə orqanlarının gözünün qarşısında saxta diplom verilərək əhalinin aldadılmasına görəsən kim rəhbərlik edir ki, bilə -bilə heç kim buna mane olmur? Yəqin bu məlumat içtimailəşdirildikdən sonra dövlət orqanları bu qanunsuzluğa son qoyar".

Geri qayıt