Əsas Səhifə > Hadisə > BDU-nun ekspert
BDU-nun ekspert28-06-2016, 16:40 |
“Professor Qulu Məhərrəmlinin məhkəmə işi çərçivəsində aparılacaq linqvistik ekspertizaya Bakı Dövlət Universitetindən mütəxəssislər cəlb olunmasına etiraz vəsatəti Ekspertiza Mərkəzinə göndərilib. Hələlik hansısa qərarın qəbulu barədə danışmaq tezdir”. Bu haqda Gununsesi.info-ya Yasamal rayon məhkəməsinin hakimi Azər Tağıyevin köməkçisi məlumat verib. BDU-kı etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, bu etirazdan sonra BDU rəhbərliyi ekspertizada iştirak üçün təyin etdiyi dilçi-mütəxəssisləri – professor Zemfira Şahbazova və baş müəllim Təranə İsmayılovanı rəylərini tezliklə təqdim etməyə tələsdirib. Universitet kimi bir mənəviyyat ocağında rüsvayçı “ekspert” əməliyyatına humanitar məsələlər üzrə prorektor Sani Hacıyevin rəhbərlik etdiyi bildirilir. Etiraz vəsatətindən xəbər tutan kimi S.Hacıyev dərhal dilçiləri yanına çağırıb və işləri sürətləndirməyi tapşırıb. Prorektor, həmçinin onlara görəcəkləri işin “əhəmiyyəti”ni xatırladıb, universitetlə AzTV-nin münasibətləri naminə rəyin mütləq mənfi yazılmasının vacibliyini deyib və işləri gizli saxlamağı tapşırıb. Geri qayıt |