Əsas Səhifə > Hadisə > ƏLİ İNSANOVUN ƏMLAKINI KİMİN QIZI SATIB?-
ƏLİ İNSANOVUN ƏMLAKINI KİMİN QIZI SATIB?-30-06-2016, 11:15 |
“Vəfa Əlizadənin aldığı 50 min manat da Əli İnsanova qaytarılsın. Lakin həmin qətnamə bu günə qədər icra olunmayıb” Keçmiş səhiyyə naziri Əli İnsanov ona məxsus qarajın ondan xəbərsiz satılması ilə əlaqədar hüquqi müstəvidə davasını davam etdirir.Azadlıq Radiosunun məlumatına görə, İyunun 29-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində keçmiş nazirin bu məsələ ilə əlaqədar Nəsimi rayon icra şöbəsinə qarşı iddiasına baxılıb. BANKDAKI PAYINA HƏBS QOYULUB Vəkil deyir ki, qətnamənin icra edilmədiyini görüb, öz mənbələri vasitəsilə Vəfa Əlizadənin “DekaBank”da dəyəri 50 min manatdan da xeyli çox olan payı olduğunu müəyyənləşdiriblər. Ardınca da qətnamənin icrasının təmin olunması üsulu kimi, onun bankdakı payının üzərinə həbs qoyulması üçün məhkəməyə müraciət ediblər. “Üstündən bir il keçib, amma bu qərar icra olunmur. İcra şöbəsi aparıb banka sənəd təqdim eləmir ki, Vəfa Əlizadənin payının üzərinə həbs qoyulsun. Mən qərarın icra olunmamasının səbəblərilə əlaqədar dəfələrlə bu işin icrasına məsul olan Ramin Muradovla, icra şöbəsinin rəisilə görüşmüşəm. Ramin Muradov mənə dedi ki, “bizə göstəriş var, qərar icra olunmasın”. Halbuki, o qərardad dərhal icra olunmalıdır. Gördük ki, icra şöbəsi öz vəzifəsini yerinə yetirmir, özüm qərardadı banka apardım. Bir müddət sonra dedilər ki, “Tariyel müəllim məsələ ilə maraqlanıb, əlaqə saxlayacaq”. Bu günə qədər də Tariyel müəllim həll eləməyib”, – Ağaveyis Şahverdi bildirib. “DEMƏMİŞƏM Kİ, GÖSTƏRİŞ VAR” Cavabdeh Nəsimi rayon icra şöbəsinin əməkdaşı Ramin Muradov vəkilin onunla bağlı dediklərini təkzib edib: “Mən deməmişəm ki, icra olunmaması barədə göstəriş var”.
Geri qayıt |