Əsas Səhifə > Hadisə > BAKIDA NAZİRLİK QARŞISINDA ETİRAZ AKSİYASI
BAKIDA NAZİRLİK QARŞISINDA ETİRAZ AKSİYASI11-07-2016, 16:35 |
Bu gün bir qrup şəxs ünvanlı sosial yardım ala bilməməsini əsas gətirərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıb. ANS TV-nin məlumatına görə, onlar etirazlarını avtomobillərin hərəkətinə mane olmaqla bildirmək istəsə də, polis əməkdaşları bunun qarşısını alıb. Müxtəlif bölgələrdən gələn şəxslərin şikayətlərinin əsas səbəbi yeni sistem – ünvanlı sosial yardımın elektron yolla ayrılması olub. Şikayətçilər bildiriblər ki, artıq iki aydır yardımlarını ala bilmirlər. Yeni sistem online şəkildə aparıldığından və bundan anlayışları olmadığı üçün bu yenilikdən yararlanmaqda da çətinlik çəkirlər. Geri qayıt |