Əsas Səhifə > Hadisə > “Aztelekom”un sabiq baş direktoru
“Aztelekom”un sabiq baş direktoru7-09-2016, 12:00 |
“Aztelekom” MMC-nin həbsdə olan sabiq baş direktoru Məhəmməd Məmmədov “kars”a salınıb. Bu barədə “Report”a onun vəkili Şahin Rəfiyev bildiri. Vəkil bildirib ki, Bakı İstintaq Təcridxanasda saxlanılan sabiq rəisin “kars”a salınmasının səbəbi açıqlanmayıb: “Biz Məhəmməd Məmmədovun nə səbəbə görə “kars”a salınmasından xəbərsizik. Təcridxana rəhbərliyi də bu haqda bizə məlumat vermir”. Ş.Rəfiyevin sözlərinə görə, hazırda M.Məmmədovun ibtidai istintaqı yekunlaşıb. Vəkil cinayət işinin matrealı ilə tanış olduqlarını deyib.
Geri qayıt |