Əsas Səhifə > Hadisə > Nazirdən və “Bakinternet” rəhbərindən xalqa -
Nazirdən və “Bakinternet” rəhbərindən xalqa -11-11-2016, 14:15 |
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "Bakinternet” rəhbərliyi prezidentə qarşı sabotajla məşğuldur. Yeni nazir Ramin Quluzadə və "Bakinternet” rəhbəri dövlət başçısı İlham Əliyevin daxili siyasi kursuna zidd getməkdədir. Yeni qərar tamamilə qanunsuzdur. Onlar bildirirlər ki, ayın 6-dək internet xidməti borcu ödənməyən müştərinin interneti kəsilir. Dünyanın heç bir ölkəsində və Azərbaycanda belə bir misli görünməmiş özbaşınalıq olmayıb.
Vətəndaşlar qaz, su, işıq və digər kommunal borcları ay ərzində istədiyi gün ödəniş edə bilir. Əgər vətəndaş gecikdirirsə, o halda kommunikasiya kəsilə bilər. Ramin Quluzadə və "Bakinternet” rəhbəri isə heç bir əsası olmadan vətəndaşlara ayın 6-dək möhlət qoyur. Abunəçi ay ərzində istədiyi zaman ödəniş etmək hüququ var. Nazirliyin mətbuat xidməti təcili şəkildə izah verməlidir. Həmin tarixdə vətəndaşın pulu olmaya bilər, əmək haqqı almaya bilər. Bu nə rüsvayçılıqdır? Prezidentin insanların şəraitinin yaxşılaşması və problemlərin yüngülləşməsi üçün tapşırıqlar verir, R.Quluzadə və ətrafı isə dövlət başçısına qarşı işləyir, xalqı narazı salır. Mövzunu davam etdirəcəyik./politika.az
Geri qayıt |