Əsas Səhifə > Hadisə > BAKIDA DƏHŞƏTLI PARTLAYIŞ: YARALILAR VAR

BAKIDA DƏHŞƏTLI PARTLAYIŞ: YARALILAR VAR


6-12-2013, 11:37
Partlayış nəticəsində bir ailənin 4 üzvü xəsarət alıb

BAKIDA DƏHŞƏTLI PARTLAYIŞ: YARALILAR VAR

Bu gün səhər saat 04:10 radələrində Bakının Binəqədi rayonu ərazisində evlərin birində güclü partlayış olub. Binəqədi rayon Polis İdarəsi 40-cı polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Sulutəpə qəsəbəsində yerləşən evdə güclü partlayış olub və nəticədə evdə yanğın baş verib.

Partlayış səsinə oyanan qonşular ev sakinlərini birtəhər yanğından çıxara biliblər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri, xilasedicilər, təcili yardım həkimləri və polis əməkdaşları gəlib.

Hadisə nəticəsində xəsarət alan 31 yaşlı Tural Zahid oğlu Behbudov, onun həyat yoldaşı 27 yaşlı Telmaz Cavad qızı Behbudova, övladları 5 yaşlı Vüqar və 4 yaşlı Gülər ağır yanıq xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Yanğın söndürülüb. Hadisənin qaz sızması nəticəsində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Geri qayıt