Əsas Səhifə > Hadisə, Slayd > 16.07.2014- Ehtiyatlı olun-40 dərəcə İSTİ!
16.07.2014- Ehtiyatlı olun-40 dərəcə İSTİ!16-07-2014, 10:37 |
![]() Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, iyulun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-qərb gündüz cənub-şərq şərq küləyi ilə əvəz olunacaq. Bakıda və Abşeron yarımadasında gecə 22-26, gündüz 32-37 dərəcə isti təşkil edəcək. İyulun 18-də isə Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 33-38 dərəcə isti gözlənilir. Azərbaycanın rayonlarında iyulun 17-də hava əsasən yağmuruz olacaq. Lakin axşam bəzi kənar qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 33-38, bəzi yerlərəd 40, dağlarda gecə 11-16, gündüz 24-29 dərəcə isti olacaq. Eyni temperaturun iyulun 18-də də müşahidə ediləcəyi gözlənilir. Geri qayıt |