Əsas Səhifə > Hadisə > Polkovnikin villasına həbs qoyuldu -
Polkovnikin villasına həbs qoyuldu -1-05-2017, 14:39 |
Özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onlarla vətəndaşdan işə düzəltmək adı ilə külli miqdarda pul alan şəxsin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmişlər vəsatətlə çıxış edərək Əlövsət Məhərrəmovun villasına həbs qoyulmasını istəyiblər. Ə.Məhərrəmova işə düzəlmək adı ilə 8-12 min manat arasında pul verən zərərçəkmişlər dəymiş zərərin ödənilmədiyini və həmin villaya həbs qoyulmasını tələb ediblər.Məhkəmə vəsatəti müşavirədə müzakirə edərək qərarı elan edib. Məhkəmənin qərarı ilə Əlövsət Məhərrəmovun Novxanıda olan villasına həbs qoyulub. Məhkəmədə məlum olub ki, həmin ev Əlövsət Məhərrəmovun oğlunun adınadır. Zərərçəkmişlər deyir ki, Əlövsət Məhhərrəmov evi onlardan aldığı pulla tikib. Amma təqdirləndirilən şəxs buna etiraz edib. Əlövsət Məhərrəmov belə bir ifadə vermədiyini deyərkən zərərçəkmişlər etiraz edərək ondan soruşublar: “Bəs bu qədər pulu haradan almışdınız?” Məhkəmə prosesində maraqlı hadisə baş verib. Zərərçəkmişlərdən Validə Quliyeva çantasından yaylıq çıxarıb. O, yaylığı Əlövsət Məhərrəmova uzadaraq deyib: “Əgər sən mənim pulumu qaytarmırsansa, al bu yaylığı başına bağla… Sən də mənim kimi arvad ol. Belə kişi kimi gəzərlər? Papağı başına niyə qoyubsan?” Hakim təqsirləndirilən şəxsi təhqir etdiyi üçün Validə Quliyevaya xəbərdarlıq edərək növbəti belə hərəkətə yol verərsə, məhkəmə zalından çıxarılacağını söyləyib. Növbəti məhkəmə prosesi mayın 15-nə təyin edilib. İş üzrə şahid olan şəxslər məhkəməyə məcburi gətiriləcək. Geri qayıt |