Əsas Səhifə > Hadisə > Azərbaycandan gedən “investor” Kiprdə yunan biznesmenə
Azərbaycandan gedən “investor” Kiprdə yunan biznesmenə17-05-2017, 14:39 |
Kipr polisi Azərbaycandan olan 53 yaşlı kişinin həbsinə order verib. Virtualaz.org xəbər verir ki, buna səbəb həmin şəxsin özünü nüfuzlu investor kimi təqdim edərək Kipr adasında otel tikintisi layihəsi adı altında 35 yaşlı yunan biznesmendən 2.5 milyon avro alaraq aradan çıxmasıdır. “Cyprus Mail” nəşrinin yazdığına görə yunan biznesmen polisə şikayətində Azərbaycandan gedən şübhəlinin onu aldatdığını və Kiprdə otel tikintisi ilə məşğul olduğunu deyib. Yunanın etibarını qazanan azərbaycanlı fırıldaqçı onu inandırıb ki, həmin otelin 2.5 milyon avroluq səhmlərini alsın.
Məlumata görə Limasol polisi azərbaycanlının barəsində həbs orderi çıxarıb və onun adını göründüyü yerdə saxlanılmalı olan şəxslər siyahısına daxil edib. Lakin şəxsin barəsində İnterpol xətti ilə beynəlxalq axtarışın verildiyinə dair məlumat yoxdur.
Xatırladaq ki, son illər Azərbaycanda dələduzluq, o cümlədən iri məbləğlərdə dələduzluq əməlləri ilə bağlı cinayətlər artıb. İnsanların tamahı və asan yolla varlanmaq istəyi onları sayları günü-gündən artan peşəkar dələduzların toruna salır. Hazırda məhkəmələrdə iri məbləğlərdə dələduzluq əməli üzrə çoxsaylı işlərə baxılmaqdadır.
Geri qayıt |