Əsas Səhifə > Hadisə > Pulsuz "Wi-Fi" olan ərazilər

Pulsuz "Wi-Fi" olan ərazilər


1-08-2017, 20:20

Bu gündən ödənişsiz "Wi-Fi"dan artıq Bakının "Qış parkı" və "Zabitlər parkı" ərazisində də yararlanmaq mümkündür.

Trend-in məlumatına görə, bununla əlaqədar işlər "İctimai Wi-Fi" layihəsi çərçivəsində aparılıb.
Qeyd edək ki, indiyə qədər İçəri Şəhər, Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkı, eləcə də "Axundov", "Sabir" və "Xaqani" bağlarında ödənişsiz "Wi-Fi" təmin olunub.
Yaxın vaxtlarda ödənişsiz "Wi-Fi"ın paytaxtın "Hüseyn Cavid" və "Dədə Qorqud" parklarında da təmin edilməsi planlaşdırılır.

Geri qayıt